RU

Daşınmaz əmlakın icbari sığortası haqqı artırılacaq

BAKI, 14 aprel. TELEQRAF

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericiliyə dəyişikliklayihəsi Nazirlər Kabinetinə təqdim edilib.

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Vüsal Qurbanov deyib.

O bildirib ki, daşınmaz əmlakla bağlı sığorta məbləğlərinin artırılması nəzərdə tutulur:

"Hazırda qüvvədə olan qanunvericilik katastrofik riskləri əhatə etmir, odur ki, sığorta məbləğləri azdır. Yanğın, partlayış, ildırım riskləri də daxil olmaqla yeni konsepsiya hazırlanıb. Həmçinin sığorta ödənişlərində operativliyin təmin edilməsi üçün müxtəlif tənzimləmələr planlaşdırılır".

Избранный
11
1
teleqraf.com

4Источники