RU

Körfəz ölkələri Cənubi Koreyaya üz tutur Zenit sistemləri tükənir

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər ABŞ-nin zenit-raket ehtiyatlarının tükənməsi fonunda Cənubi Koreyadan təcili hava hücumundan müdafiə sistemləri tələb edir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata görə, son həftələrdə Fars körfəzi regionunda İranın raket və pilotsuz uçuş aparatları hücumlarının dəf edilməsi zenit-raket sistemlərinin ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olub.

Qəzet yazır ki, İranın kütləvi şəkildə istifadə etdiyi ucuz dronlara qarşı istifadə olunan sistemlərin sayı artıq məhdud səviyyəyə düşüb.

Nəticədə, Körfəz ölkələri ABŞ-dən kənar alternativ təchizatçılar axtarmağa başlayıb və daha tez istifadəyə verilə bilən sistemlərə üstünlük verir.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
1
redaktor.az

2Источники