RU

Beynəlxalq Valyuta Fondu Azərbaycanda real ÜDM artımı ilə bağlı proqnozunu verib

Bakı. Trend:

2026-cı ildə Azərbaycanın real ÜDM artımının 2025-ci ildəki1,4%-lə müqayisədə 2,2% səviyyəsində olacağı gözlənilir.

Trend bu barədəBeynəlxalq Valyuta Fondunun hesabatına istinadən məlumat verir.

Fondun proqnozlarına görə, 2027-ci ildə ölkənin iqtisadi artımtempləri 2,5 faizə qədər sürətlənəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illəmüqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış,qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.ÜDM istehsalının 33,0faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizituristlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiyavə rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş,məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkiledib.Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabərolub.

Избранный
19
6
az.trend.az

8Источники