RU

Heç kim səbəbsiz yerə insan alverində iştirakçı kimi saxlanılmır

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Son zamanlar sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında fəallığı ilə seçilən bəzi şəxslərin insan alveri ittihamı ilə saxlanılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu faktlar bir daha göstərir ki, sosial media artıq yalnız ünsiyyət və əyləncə vasitəsi olmaqdan çıxaraq, bəzi cinayətkar şəbəkələrin də fəaliyyət meydanına çevrilib. Yaxın günlərdə sosial mediada “Enoor” ləqəbi ilə tanınan Elnar Quliyeva barəsində cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində o saxlanılıb. Elnar Quliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi (insan alveri) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və hazırda istintaq prosesi davam etdirilir.Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, saxlanılan şəxslərin hamısı insan alveri ilə məşğuldur:“Burada təqsirsizlik prezumpsiyası əsas prinsipdir. Amma eyni zamanda “od olmayan yerdən tüstü çıxmaz” deyimi də var, yəni kimsə saxlanılırsa, deməli müəyyən əsaslı şübhələr mövcuddur. Təbii ki, araşdırmalar nəticəsində günahsız olduğu sübut edilənlər də olur, əksinə, cinayəti sübuta yetirilərək məhkum edilənlər də var və bu, hər zaman belə olub və olacaq. Sosial şəbəkələrdə aktivlik məsələsinə gəldikdə isə, hər kəsin paylaşım etdiyi, fikrini bildirdiyi mühitdə yaşayırıq. “TikTok” və digər platformalarda həm məşhur, həm də az tanınan çoxsaylı istifadəçilər var və onların hamısı saxlanılmır. Sadəcə tənqidi mövqe sərgiləmək, dövlət qurumlarını əsaslı və ya əsassız şəkildə tənqid etmək, əgər qanun pozuntusu yoxdursa və bu, cinayət məsuliyyəti yaradacaq həddi keçmirsə, hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olmur”.Həmçinin oxu:

Uzunömürlü qafqazlıların tək ortaq nöqtəsi var: Hər gün bu çərəzdən yeyiblər

Ən ağıllı kişilər bu bürcdə doğulurlar

'Çayçı Hüseyn'in dostu Şükrü indi görün nə işlə məşğul olurO bildirib ki, kiminsə saxlanılması və ya dindirilməsi hüquq-mühafizə orqanları üçün əlavə iş yüküdür və ciddi əsas olmadan belə addımlar atılmır:“İstisnalar mümkündür, amma ümumi mənzərəni müəyyən edən məhz qaydalardır. Əksər hallarda isə şübhə yaradan davranışlar, əlaqələr və ya fəaliyyətlər araşdırma predmetinə çevrilir. Bəzi hallarda isə diqqət çəkmək məqsədilə insanlar özləri müəyyən riskli davranışlara yol verirlər. Hətta bəziləri üçün saxlanılmaq və ya istintaqa cəlb olunmaq bir növ “qəhrəmanlıq” kimi təqdim edilir. Bu isə təhlükəli tendensiyadır. Belə hallar kütləviləşdikcə hüquq-mühafizə orqanlarının reaksiyası da sərtləşir və nəticədə daha geniş araşdırmalar aparılır. Ümumilikdə isə müşahidə olunur ki, sosial şəbəkələrdə insan alveri və insan istismarı ilə bağlı müəyyən aktivlik var. Bu prosesdə bəziləri bilərəkdən iştirak edir, bəziləri bilmədən təsir altına düşür, digərləri isə ifadələri və davranışları ilə şübhə yaradır. Amma heç kim səbəbsiz yerə insan alverində iştirakçı kimi saxlanılmır. Bu, kifayət qədər ciddi və əsaslı yanaşma tələb edən məsələdir. “TikTok” platformasında bu kimi hallarla bağlı konkret nümunələr də mövcuddur. Canlı yayımlarda tanışlıqların qurulması, qısa müddətdə “dostluq” əlaqələrinin yaradılması və daha sonra müxtəlif təkliflərin verilməsi halları müşahidə edilir. Şəxsən şahidi olduğum bir nümunədə xaricdən gəlmiş şəxs canlı yayım zamanı tanış olduğu gəncə evlilik və ya Almaniyaya getmək təklifi edirdi. Bu cür yanaşmalar artıq insan alveri və istismar risklərini özündə ehtiva edən real nümunələrdir. Yəni problem təkcə hüquqi müstəvidə deyil, həm də sosial davranışlarda, insanların seçimlərində və rəqəmsal mühitdə özlərini necə aparmalarında gizlənir. Ona görə də səbəbləri yalnız kənarda deyil, həm də fərdi davranışlarda axtarmaq lazımdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
9
demokrat.az

10Источники