RU

Pezeşkian: Universitetlərə hücumlar ölkənin inkişafını DAYANDIRIR

Ajans.az xəbər verir ki, bu barədə o, Təhsil Nazirliyinə işgüzar səfəri zamanı danışıb. Məlumatı IRNA yayıb. Nazir və nazirliyin yüksək vəzifəli əməkdaşları ilə görüşdə prezident son 40 gün ərzində davam edən hərbi qarşıdurma şəraitində təhsil prosesinin davam etdirilməsini yüksək qiymətləndirib və təhsil işçilərinin fəaliyyətini alqışlayıb. “Ölkədə hər hansı davamlı transformasiya təhsil sisteminə ciddi diqqət olmadan mümkün deyil. Təhsil davamlı inkişafın əsasını təşkil edir”, – deyə Pezeşkian vurğulayıb. Dövlət başçısı qeyd edib ki, İrana qarşı yönəlmiş təzyiqlər ölkənin müxtəlif sahələrdə sürətli inkişafı ilə bağlı narahatlıqdan irəli gəlir. Onun sözlərinə görə, mülki obyektlərə, o cümlədən təhsil müəssisələrinə endirilən zərbələr də bu məqsədə xidmət edir. “Düşmənlərimiz İranın güclənməsini qəbul edə bilmirlər. Onların əsas problemi bizim elm və bilik potensialımızdır”, – deyə prezident bildirib.

Pezeşkian əlavə edib ki, təhsil ocaqlarının hədəfə alınması ölkənin gələcək inkişaf imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O, təhsil işçilərini mövcud çətinliklərə baxmayaraq, tələbələri yaradıcılığa və inkişaf yoluna yönəltməyə çağırıb.

Избранный
23
Ajans.az

1Источники