RU

Çin ilə İspaniya arasında əməkdaşlıq gücləndirilir

Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə İspaniyanın Baş naziri Pedro Sançez arasında Pekində keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı və qlobal sülhün qorunması mövzusunda müzakirələr aparılıb.

Röyters Agentliyinin məlumatına görə, Çin Xalq Respulikasının Sədri dünyadakı vəziyyəti “qarışıqlıq və zəifləyən beynəlxalq sistem” kimi dəyərləndirərək ölkələr arasında daha sıx əməkdaşlıq və etimadın vacibliyini vurğulayıb.

İspaniya lideri isə beynəlxalq hüququn tez-tez pozulduğunu bildirərək, Çin və Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsinin sülh və inkişaf üçün əhəmiyyətini qeyd edib. O, həmçinin iqlim dəyişikliyi, təhlükəsizlik və sosial ədalətsizlik kimi qlobal problemlərdə birgə fəaliyyət çağırışı edib.

Görüş Avropa ölkələrinin Çinlə daha yaxın əməkdaşlıq axtarışı fonunda diqqət çəkib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
24
azerbaijan-news.az

1Источники