RU

Moskvada HƏYƏCAN: Məktəb yaxınlığında silahlı şəxs AXTARILIR – FOTO

Moskvada məktəbin yaxınlığında “Sayqa-12” ilə silahlanmış şəxs görüntülənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvanın “Tyoplıy Stan” rayonunda silahlı şəxsin gəzməsi ilə bağlı həyəcanlı məlumat yayılıb. Rayondakı məktəblərdən birinin valideyn qruplarında naməlum şəxsin fotoşəkilləri paylaşılıb.

Məlumata görə, həmin şəxs akademik Vinoqradov küçəsindəki məktəbin ətrafında görünüb və daha sonra Troparevo istiqamətinə doğru uzaqlaşıb.

Təsdiqlənməmiş məlumatlara görə, həmin şəxs “Sayqa-12” markalı tüfənglə silahlanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxsin tapılması istiqamətində intensiv axtarış tədbirləri həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
49
interpress.az

1Источники