RU

“Tərəflər qarşılıqlı təzyiqlərdən sonra danışıqlara gedə bilərlər” ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İslamabad görüşünün nəticəsiz bitməsi fonunda tərəflərin razılaşma olmamasına baxmayaraq mətbuata müəyyən mənada müsbət bəyanatların verilməsi, görüşün konstruktiv keçdiyi, müəyyən məsələlərdə razılıq əldə edildiyi, sadəcə nüvə məsələsində fikir ayrılığı olduğunun bəyan edilməsi onu göstərdi ki, tərəflər gələcək görüş üçün açıq qapı qoyurlar".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov ABŞ-İran danışıqlarının nəticəsi barədə fikirlərini bölüşərkən bildirdi.

"Arxa planda hətta söz dueli və əlbəyaxa dava həddinə gəlindiyi deyilsə də, görünən odur ki, bu gərginlik mətbuatdakı bəyanatlara çox da sirayət etməyib. Tərəflər bu kimi kəskin hadisəni, əgər olubsa, gizlədirlər. Bunu hətta onların siyasətçi olmaları ilə əlaqələndirirlər. Amma yeni görüşün belə tezliklə keçirilməsi mümkün kimi görünmür”, - o dedi.

Siyasi şərhçi qeyd etdi ki, tərəflər qarşılıqlı təzyiqlərdən sonra danışıqlara gedə bilərlər:

“Tərəflərdən biri xeyli zəifləməyincə, danışıqlar nəticə verməz. Hesab edirəm ki, qarşıda gərgin günlər var. Bu, müharibənin yenidən başlaması ehtimalını artırır. ABŞ Hörmüz boğazını bağlamaqla təzyiq etmək istəyir ki, İran daxilində gərginliyi artırsın. Bu, nəticə verə bilər. Amma buna da müəyyən müddət lazımdır”.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
redaktor.az

2Источники