RU

Vaşinqtonda İsrail ilə Livan arasında danışıqlar başladı

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində bildirib.

Bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmaslarıdır.

Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dəki səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edir./Report


Telegram kanalımız
Избранный
53
42
yenisabah.az

10Источники