RU

Space TV də kadr böhranı: “Bu dəfə kanalı bilən şəxs rəhbər təyin edilməlidir” KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan televiziya məkanının ən köklü qurumlarından olan Space TV-də son illər yaşanan tənəzzül və idarəçilik problemləri media ictimaiyyəti arasında ciddi narahatlıq doğurmağa davam edir. Kanalın gələcək taleyi və yeni rəhbərlik təyinatı ilə bağlı gözləntilər fonunda keçmiş əməkdaşlar və mütəxəssislər kəskin xəbərdarlıqlarla çıxış edirlər.

KONKRET.az xəbər verir ki, bu sözləri televiziya eksperti Azər Cabbarov bildirib. Onun sözlərinə görə, Space TV-də son illər yaranmış vəziyyət bu kanalın inkişafına biliyini, istedadını və illərini xərc ləmiş hər kəsi dərindən narahat edir. Ekspert vurğulayıb ki, bu dəfə kanala mütləq şəkildə televiziyanı dərindən bilən, yaradıcı və inzibati bacarıqları özündə birləşdirən bir şəxs rəhbər təyin edilməlidir.

A.Cabbarov qeyd edib ki, Space TV vaxtilə onu yaradan şəxslərin və çoxsaylı əməkdaşların böyük ümidi, inamı və fədakarlığı sayəsində qısa zamanda əsl “ailə və ziyalı kanalı” kimi özünü sübut etmişdi. O, qəti şəkildə bildirib ki, Etibar Babayevin rəhbərliyi dövründə kanal özünün pik səviyyəsinə çatsa da, sonradan idarəçiliyi ələ alan şəxslər şirkəti uçuruma yuvarladıblar. Ekspertin fikrincə, kanalda kök salmış “dostbazlıq, qohumbazlıq və əliəyrilik” mühiti yaradıcı ab-havanı zəhərləyib, peşəkar kadrların uzaqlaşmasına səbəb olub. Onların yerinə isə aşağı maaşa razı olan, aylarla məvacib almayan, lakin TV işindən tamamilə bixəbər naşı insanlar gətirilib.

Mütəxəssis əlavə edib ki, kanalın uzunmüddətli yaradıcı, maliyyə və kadr böhranı yaşadığı gün kimi aydındır. Sonrakı illərdə rəhbərliyə gələn, əlində heç bir yaradıcı və ya biznes planı olmayan, yalnız kommersiya maraqları ilə çalışan həris şəxslər bir neçə ildən sonra getməyə məcbur olublar. Bu səriştəsiz adamların heç nə itirmədiyini, əsl itirənin isə Space TV olduğunu deyən ekspert “çörəyi çörəkçiyə vermək” zamanının gəldiyini xatırladıb.

Azər Cabbarov Space TV-nin vaxtilə jurnalist, rejissor, operator və prodüserlər üçün böyük bir məktəb olduğunu, hazırda TV məkanının ən tanınmış simalarının məhz bu kanalın yetirmələri olduğunu xüsusi vurğulayıb. O, “keçmiş Space-çilər” adından bildirib ki, veteran media qurumunun yenidən aparıcı mövqedə olmasını istəyirlər:

“Yeni təyin olunacaq şəxsə uğurlar arzulayırıq, amma şərti şumda kəsək: bu dəfə doğma kanalın daha da məhv olmasına göz yummayacağıq! Düzü düz, əyrini əyri yazacaq, yaxşı işləri tərifləyib, yanlışları mütləq tənqid edəcəyik!” – deyə ekspert fikirlərini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
konkret.az

2Источники