Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri C Liqasının 3-cü qrupu çərçivəsində Andorra ilə üz-üzə gəlib.
Qarşılaşmaya Bakı vaxtı ilə 21:00-da start verilib.
Görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda millimiz 6 xalla 2-ci pillədə yer alıb. Şimali Makedoniya 3 xalla 3-cü, Andorra 1 xalla sonuncudur.
21:00 Andorra - Azərbaycan (Qadınlar) 1:3
Milli stadion, Andorra
Baş hakim: Kristina Kozoroq (Ukrayna)
"Atletiko" - "Barsa" matçını bu hakim idarə edəcək
İtaliya Dünya Çempionatına gedir? - İransız versiyalar
Millimizin heyəti bəlli oldu
KL: “Şaxtyor” və “Kristal Pelas”dan qələbə - YENİLƏNİB
AL: “Portu” “Nottingem Forest”lə bacarmadı - YENİLƏNİB