RU

SON DƏQİQƏ! İsrail və Livan “Hizbullah”ın tam tərksilah edilməsinə qərar verdi

İsrail və Livan arasında aparılan birbaşa sülh danışıqlarında regionun gələcəyini dəyişdirəcək şok qərarlar qəbul edilib. “NBC News” telekanalının yaydığı eksklüziv məlumata görə, tərəflər illərdir davam edən gərginliyin əsas səbəbi kimi görülən “Hizbullah” qruplaşmasının tam tərksilah edilməsinin zəruriliyi barədə ortaq razılığa gəliblər. Bu razılaşma Livanın rəsmi dövlət strukturlarının ölkənin bütün ərazilərində, xüsusilə cənub sərhədlərində suverenliyini bərpa etməsi üçün ən mühüm addım hesab olunur. Danışıqlarda həmçinin ordunun gücləndirilməsi və qeyri-qanuni silahlı birləşmələrin ləğvi üçün konkret yol xəritəsinin hazırlandığı bildirilir.

NOCOMMENT.az xəbər verir ki, tərəflər Livanın daxili işlərinə xarici müdaxilələrin kəsilməsi məsələsində də həmrəylik nümayiş etdiriblər. Razılaşmada İranın Livanın gələcəyinə və siyasi qərarlarına göstərdiyi təsirin artıq yolverilməz olduğu rəsmən bəyan edilib. Beynəlxalq müşahidəçilər Tehranın bölgədəki ən böyük rıçaqlarından biri olan “Hizbullah” və Livan üzərindəki nüfuzunun itirilməsinin Yaxın Şərqdə yeni bir geosiyasi reallıq yaradacağını vurğulayırlar. Hazırda danışıqların növbəti mərhələsində bu razılaşmaların icra mexanizmləri və beynəlxalq təminatçıların rolu müzakirə olunur.

Sara,
NOCOMMENT.az

Избранный
24
nocomment.az

1Источники