RU

Ermənistan ordusunda daha bir müəmmalı əsgər ölümü

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Ermənistan ordusunda daha bir müəmmalı əsgər ölümü faktı qeydə alınıb. SİA erməni mediasına istinadən xəbər verir ki, faktı artıq Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi də təsdiqləyib. Məlum olub ki, Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissələrdən birində 19 yaşlı əsgər həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi isə açıqlanmır. Məlumata görə, gənc hərbçi poliqonda güllə yarası alıb. Onun ağır vəziyyətdə hospitala aparılmasına cəhd edilsə də, əsgər yolda ölüb.

Mətləb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
sia.az

2Источники