RU

Türkiyə–İsrail savaşının ssenarisi: İran, Rusiya və Çin bu toqquşmanı niyə istəyir?

Musavat.com xəbər verir ki, Azərbaycan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, təhqiqatçı-kriminalist İlqar Altay Türkiyə ilə İsrail arasında mümkün münaqişə ssenariləri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. Müəllifin yazısına əsasən, regionda belə bir qarşıdurmanın formalaşması daha çox müəyyən geosiyasi mərkəzlərin maraqlarına xidmət edən süni gündəm təsiri bağışlayır.

İlqar Altay yazır:

Türkiyə–İsrail savaşı ‘qurmaq’ realdırmı?

Türkiyə ilə İsrail arasında münaqişə, özü də elə-belə yox, savaş dərəcəsində, İran rejimi üçün bu saat hava-su kimi lazımdır. Gecə-gündüz dua edirlər. Bu konflikt həm Rusiya və Çin üçün də lazımdır və onlar bunun üçün dua yox, intensiv şəkildə arxa planda işləyirlər.

Niyə? Cavab çox sadədir. Belə olarsa ABŞ işə qarışar, Avropa işə qarışar, Qərbin başı özünə qarışar, parçalanar, zəifləyər. İran nəfəsini dərər, Çin və Rusiya üçün isə Trampın qlobal təzyiqi səngiyər. Odur ki, çalışırlar qovğa yaransın. Lakin ABŞ və Britaniya kəşfiyyatı bunu yaxşı görür.

ABŞ və Qərb kəşfiyyatı yəqin ki, bu təxribatları quranları zərərsizləşdirər. Qərb, dərin NATO müttəfiqi olan Türkiyəni və öz yaxın tərəfdaşı İsraili qoyarmı ki, savaş həddinə gəlib çatsınlar? Çətin. Qərb bunu anlamırmı ki, bu, onların özünə ziyandır? 

c258f383-e4a4-4ddc-ab41-f9d46646203e.jpg

Bir də ki, indiki dövr kütləvi dağıntı və böyük insan tələfatı yaradan silahlar dövrüdür. Ölkələr çalışır ki, boş yerə müharibəyə girməsinlər. Görürsünüz, Tramp üçün necə çətindir Avropanı və ərəb ölkələrini İranla savaşa cəlb etmək. Bu, divanda oturub internetdə xoruz döyüşdürmək deyil.

Belə halda Türkiyə və İsrail nə üstündə bir-birini qırsın, dağıtsın, digər ölkələr də baxıb gülsünlər? Neft-qaz üstündəmi? Yox. Siyasi, iqtisadi, logistika yollarına görəmi? Yox. Dinə, ideologiyaya görəmi?

Müasir dövlətlər varlanmağa, texnoloji inkişafa çalışır, praqmatik davranır. Bu mərhələdə ideoloji müharibələr əvvəlki kimi aktuallığını itirib.” 

Müəllifin yanaşmasına görə, regionda Türkiyə–İsrail qarşıdurması ssenarisi daha çox geosiyasi manipulyasiya elementi kimi gündəmə gətirilir. Onun fikrincə, belə bir müharibə nə tərəflərin real maraqlarına uyğundur, nə də qlobal güclərin strateji hesablamaları ilə üst-üstə düşür. 

d6b844ee-bacb-4df6-9e46-2eb0ba1c3023.jpg

İlqar Altay

Analitik baxımdan isə qeyd olunur ki, mövcud şəraitdə dövlətlər açıq müharibədən daha çox iqtisadi və texnoloji üstünlük uğrunda rəqabətə üstünlük verirlər. Bu səbəbdən genişmiqyaslı qarşıdurmalar yalnız son seçim kimi nəzərdən keçirilir və əsasən siyasi təzyiq aləti kimi istifadə olunur.

Beləliklə, İlqar Altayın qənaətinə görə, Türkiyə ilə İsrail arasında müharibə ehtimalı real təhlükədən daha çox, müxtəlif güc mərkəzlərinin maraqlarına xidmət edən informasiya və psixoloji təsir vasitəsi kimi qiymətləndirilməlidir.

 

Musavat.com

Избранный
18
50
musavat.com

10Источники