RU

Bu, super güc deyil, xroniki yuxu çatışmazlığının əlamətidir...

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tez yuxuya getmək qabiliyyəti, bir çox insanın düşündüyü kimi, super güc deyil, xroniki yuxu çatışmazlığının əlamətidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov məlumat verib.

Onun sözlərinə görə, yuxuya getmək üçün normal vaxt 15-20 dəqiqədir.

Həkim 5 dəqiqədən az vaxtı xroniki yuxu çatışmazlığının əlaməti hesab edib.

O əlavə edib ki, yuxu müddəti yeddi-doqquz saat olmalıdır.

“Bu miqdarda yuxu ürək-damar xəstəlikləri, piylənmə və depressiya riskini azaltmağa kömək edir. Əgər insan cəmi beş saatlıq yuxudan sonra özünü yaxşı hiss edirsə, bu normal deyil, əksinə bədənin adaptasiyasıdır”, - deyə həkim vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
34
qafqazinfo.az

10Источники