RU

Gənc yaşlarda çəki artımı 60 yaşadək ölüm riskini əhəmiyyətli dərəcədə artırır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lund Universitetinin alimləri 600 mindən çox insanın məlumatlarını təhlil edərək gənc yaşlarda artıq çəki toplamağın gələcək sağlamlıq üçün ciddi təhlükə yaratdığını müəyyən ediblər.Demokrat.az xəbər verir ki, EClinicalMedicine (ECM) jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, xüsusilə 17-29 yaş aralığında müşahidə olunan çəki artımı vaxtından əvvəl ölüm riskini kəskin yüksəldir.Tədqiqatçılar onilliklər ərzində iştirakçıların 17 yaşından 60 yaşınadək bədən kütləsindəki dəyişiklikləri izləyərək bu göstəriciləri ölüm faktları ilə müqayisə ediblər. Məlum olub ki, erkən yetkinlik dövründə piylənmədən əziyyət çəkənlərdə vaxtından əvvəl dünyasını dəyişmə ehtimalı 60 yaşına qədər normal çəkisini qoruyanlarla müqayisədə təxminən 70 faiz daha çoxdur.Müşahidələr göstərir ki, iştirakçılar il ərzində orta hesabla 0,4 kiloqram çəki alıblar ki, bu da ümumi ömür boyu 15-20 kiloqramlıq artım deməkdir. Çəki artımı nə qədər sürətli baş verərsə, xüsusilə ürək-damar xəstəlikləri və diabetdən ölüm riski bir o qədər artır. Alimlər bunu artıq çəkinin orqanizmdə yaratdığı uzunmüddətli gərginlik, xroniki iltihab prosesləri və maddələr mübadiləsinin pozulması ilə əlaqələndirirlər.Xərçəng xəstəliyi ilə bağlı isə fərqli mənzərə yaranıb. Belə ki, qadınlarda istənilən yaşda baş verən çəki artımı xərçəng riskini artırır ki, bu da hormonal dəyişikliklərin təsiri kimi qiymətləndirilir. Mütəxəssislər vurğulayırlar ki, burada əsas faktor yalnız artıq çəkinin olması deyil, həm də onun hansı dövrdə yaranmasıdır. Çəki artımı nə qədər erkən başlasa, orqanizm bir o qədər uzun müddət mənfi təsirlərə məruz qalır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
50
demokrat.az

10Источники