RU

Uqo Ekitike bir ilə qədər oynamaya bilər mənbə

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Liverpul”un hücumçusu Uqo Ekitiike Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyununun ilk hissəsində zədələnib.

İdman.Biz bildirir ki, fransalı futbolçu özü ayağa qalxa bilməyib və meydanı xərəkdə tərk edib.

Ekitike Axilles vətərini qoparmış ola bilər və doqquz aydan bir ilə qədər oynamaya bilər.

Bu barədə idman zədələri üzrə mütəxəssis Əbdül Salam Əl-Şəmmari məlumat verib.

30-cu dəqiqədə Ekitikeni Məhəmməd Salah əvəzləyib.

Oyunçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
6
icma.az

6Источники