RU

Attraksiondan yıxılan müğənni həyatını itirdi

Tanınmış braziliyalı müğənni sıradan çıxmış attraksiondan yıxılaraq həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə "Need To Know" məlumat yayıb.

İyirmi bir yaşlı Karolina Beatriz de Deus Masiel Minas-Jerays ştatının İtabirito bələdiyyəsindəki səyyar yarmarkada "Tırtıl" adlı kiçik attraksiona minərkən ağır baş zədəsi alıb. Vaqonların relsdən çıxması nəticəsində Masiel yerə çırpılıb, hadisə zamanı daha üç nəfər yaralanıb. Polis attraksionu idarə edən iki şəxsi həbs edib. Yarmarkanı təşkil edən şirkət Masielin ailəsinə başsağlığı verib və istintaqla tam əməkdaşlıq edəcəyinə söz verib.

Gənc qadın karyerasına bu yaxınlarda başlamışdı və Braziliyada yüksələn qospel ulduzu hesab olunurdu. O, bütün yaradıcılığını Allaha həsr etdiyini bildirmişdi. Hadisə Masielin çoxsaylı pərəstişkarlarını və onu aparıcı gənc ulduzlardan biri kimi görən İtabirito sakinlərini sarsıdıb.

Избранный
15
50
publika.az

10Источники