RU

Aİ Rusiyaya qarşı yeni sanksiya paketinin müzakirəsini bərpa edəcək

Avropa İttifaqı Tisza Partiyasının lideri Peter Magyar Macarıstanın Baş naziri vəzifəsinə başladıqdan dərhal sonra Ukraynaya kredit və Rusiya əleyhinə sanksiyalar üzrə müzakirələri bərpa etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı Avropa Parlamentinin Çexiyadan olan üzvü Tomaş Zdeçovski "İzvestiya"ya açıqlayıb.

O, qəzetə bildirib ki, "Avropa İttifaqı əvvəlcə Budapeştdən aydın siqnallar almalı və bütün üzv dövlətlər arasında standart danışıqlar prosedurlarını tamamlamalıdır".

Qəzetin Avropa mənbəsi təsdiqləyib ki, Magyarın Macarıstanın Baş naziri vəzifəsinə başlaması ilə Ukraynaya 90 milyard avro kredit və Rusiyaya qarşı 20-ci sanksiyalar paketi üzrə Aİ müzakirələri dərhal bərpa olunacaq.

Başqa bir mənbəyə görə, bu məsələ 11 mayda Aİ Xarici İşlər Şurasının iclasında və 22 mayda Avropa Şurasının iclasında müzakirə olunacaq. Növbəti Aİ sammiti 23-24 aprel tarixlərində keçiriləcək və Macarıstanı, ehtimal ki, hazırkı Baş nazir Viktor Orban təmsil edəcək.

Daha əvvəl Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis ABŞ-da keçirilən konfransda bildirib ki, Avropa Komissiyası Magyarın Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 980 milyard avroluq maliyyələşdirməni blokdan çıxaracağını gözləyir. Bundan əvvəl Avropa Komissiyasının prezidenti Ursula vor der Lyayen yeni Macarıstan hökumətinin "Avropanın ürəyinə qayıtmasını" gözlədiyini bildirib.

Musavat.com

Избранный
17
47
musavat.com

10Источники