RU

ÇL-də son yarımfinalçılar müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gələcək. 

Bu axşam 4 köklü komanda meydana çıxacaq. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olacaq. “Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edəcək. Cütün üstün tərəfi 1/2 finalda PSJ ilə üz-üzə gələcək.

Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşacaq. Cütün qalibi yarımfinalda “Atletiko”ya rəqib olacaq. 

Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub. 

 

15 aprel

UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
İlk oyun - 2:1

23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:0

14 aprel

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:2
İlk oyun - 0:2

"Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) - 1:2
İlk oyun - 2:0

Yarımfinal

PSJ - "Bavariya" / "Real"

"Atletiko" - "Arsenal" / "Sportinq"

Избранный
19
15
teleqraf.com

10Источники