RU

Avropa bunu ABŞ-ın iştirakı olmadan etmək istəyir

Yazını böyüt
Yazını kiçilt

ABŞ-İsrail əməliyyatının başa çatmasından sonra bir neçə Avropa ölkəsi Hörmüz boğazında naviqasiya azadlığının bərpasına kömək etmək üçün ABŞ-nin iştirakı olmadan geniş koalisiya yaratmaq planı hazırlayır.

Hafta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Avropa planının əsas məqsədi hərbi əməliyyatlar başa çatdıqdan sonra gəmiçilik şirkətlərinə boğazdan təhlükəsiz keçidlə bağlı inam yaratmaqdır.

Qeyd olunur ki, əvvəllər Yaxın Şərqdəki hadisələrdə hərbi iştiraka ehtiyatla yanaşan Almaniyanın da bu təşəbbüsə qoşulacağı ehtimal edilir.

Məlumata görə, Avropa ölkələri hələ də ABŞ-nin bu planda iştirakı məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Fransız diplomatları Vaşinqtonun iştirakının təşəbbüsü İran üçün qəbuledilməz edə biləcəyini düşünür. Böyük Britaniya rəsmiləri isə ABŞ-nin kənarda qalmasının Prezident Donald Trampı narazı sala biləcəyini və əməliyyatın miqyasını azalda biləcəyini hesab edirlər.

Qəzet Avropa planının üç əsas məqsədini qeyd edir; boğazdan keçən logistika marşrutlarının bərpası, mina təmizləmə əməliyyatlarının aparılması və ticarət gəmilərinin hərbi gəmilərlə müşayiət olunmasının təmin edilməsi.

Избранный
17
18
hafta.az

10Источники