RU

ÇL: Son yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

"Yeni Sabah" xəbər verir ki, son 2 yarımfinalçının da adına aydınlıq gələcək. 

Meydana 4 komanda çıxacaq. “Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edəcək. Cütün üstün tərəfi 1/2 finalda PSJ ilə üz-üzə gələcək.

Londonda “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşacaq. Cütün qalibi yarımfinalda “Atletiko”ya rəqib olacaq. 

1/2 finalın ilk oyunları aprelin 28-29-u, cavab matçları isə mayın 5-6-na nəzərdə tutulub. 


Telegram kanalımız
Избранный
30
yenisabah.az

1Источники