RU

"Bank Respublika" I rübün yekununda sektorun drayveri statusunu təsdiqləyib

"Bank Respublika" I rübdə əsas maliyyə göstəriciləri üzrə nəzərəçarpacaq artım əldə edib.

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Hesabat dövrünün yekunlarına əsasən, Bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.

Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.

Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş etdirib.

2026-cı ilin I rübü üzrə əsas maliyyə göstəriciləri:

· Aktivlər 18 % artaraq 2,64 milyard manat təşkil edib;

· Məcmu kapital 13,5 % artaraq 264,05 milyon manat olub;

· Kredit portfeli 9 % artaraq 1,64 milyard manat təşkil edib;

· Xalis faiz gəlirləri 15,2 % artaraq 47,2 milyon manat olub;

· Xalis əməliyyat mənfəəti 22,7 % artaraq 22,4 milyon manat olub;

· Xalis mənfəət 17,7 % artaraq 17,03 milyon manat təşkil edib.

· Depozit portfeli 1,2 milyard manat olmuşdur ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

· I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,15 % (norma 6,5 %)

· Məcmu kapitalın adekvatlıq əmsalı - 13,23 % (norma 12,5 %)

· Leverec əmsalı - 7,57 % (norma 5 %)

· Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,77 % təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.

Rüb ərzində "Bank Respublika" müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.

Daha ətraflı məlumat üçün:

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram

Çağrı Mərkəzi: 144

Избранный
16
10
far.az

10Источники