RU

Musiala Real a meyda oxudu: Yarımfinala yüksələcəyik

ain.az, sport24.az saytına istinadən bildirir.

"Bavariya"nın gənc ulduzu Camal Musiala Çempionlar Liqasında "Real" ilə oyun öncəsi iddialı açıqlama verib. Sport24.az xəbər verir ki, Almaniya təmsilçisinin yarımmüdafiəçisi komandasının yüksək formada olduğunu vurğulayaraq yarıfinala yüksələcəklərinə inandığını bildirib:"Zehniyyətimiz hər zaman pozitiv olmalıdır. Bəli, yarı finala yüksələcəyik".Qeyd edək ki, "Bavariya" son turda "Sent Pauli"ni məğlub edərək Bundesliqada 1971-72 mövsümündən qalma qol rekordunu (105) yeniləyib. Həmin qarşılaşmada fərqlənən Camal Musiala uzunmüddətli zədədən sonra ən yaxşı oyunlarından birini keçirib.Klubun fəxri prezidenti Uli Höness də futbolçunun çıxışını yüksək qiymətləndirib:"Uzun müddət zədədən əziyyət çəkdikdən sonra bu qolu vurmağa ən çox layiq olan məhz o idi".Xatırladaq ki, heyətdəki zədə problemləri fonunda Musialanın "Real"a qarşı oyunda start heyətində meydana çıxma şansı olduqca yüksək qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
sport24.az

1Источники