RU

“Barselona” 11 ildir ÇL finalı oynamır...

Ötən gecə Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları keçirildi.

Hit.az bildirir ki, ən maraqla gözlənilən matçda geridönüş qeydə alınmadı. Belə ki, ispanların duelində “Atletiko Madrid” öz evində “Barselona”ya 1-2 hesabı ilə məğlub olsa da, ümumi hesabda 3-2 qalib gələrək yarımfinala yüksəldi. Hakim qərarlarının damğa vurduğu oyunda “Barsa”nın 1 qolu sayılmadı və mübahisəli qırmızı vərəqə qərarı ilə 10 nəfər qaldı.

Üstəlik, dünənki matç katalonların və Çempionlar Liqasının tarixinə də keçdi. Çünki “Barselona” Çempionlar Liqasında ardıcıl 15 matçda qol buraxan ilk ispan klubu olub. 

Bəs matçın statistikaları necədir?
Gözlənildiyi kimi topla ən çox oynayan tərəf “Barselona” idi: 71-29 faiz. Ən dəqiq pas ötürməsində də sıralama eynidir: 699-282. 

Hər iki komanda matç ərzində rəqib qapıya 15 zərbə endirib. “Atletiko”nun qapıçısı Musso 7, “Barsa” qapıçısı Qarsiya isə 4 dəfə qurtarış etdi. Katalonlar 7, madridlilər isə 3 dəfə böyük fürsət tapdılar. Oyun kifayət qədər sərt keçdi. Ev sahibləri 15, qonaqlar isə 8 dəfə qaydanı pozdu. Lakin hakimin “Atletiko” futbolçularına heç bir vərəqə göstərməməsi diqqət çəkdi. Oyundan sonra da “Barselona” futbolçularının ən çox etiraz etdiyi məsələlərdən biri məhz bu idi... 

Beləliklə, “Barselona” artıq 11 ildir ki, Çempionlar Liqasının finalına keçə bilmir...

Elmir Mustafa

Избранный
4
3
hit.az

4Источники