RU

Ukraynanın hər il 300 min miqranta ehtiyacı var – RƏSMİ AÇIQLAMA

Ukraynanın Miqrasiya Siyasəti Ofisinin rəhbəri Voskoboynik bildirib ki, ölkə əhalisinin sayını qorumaq üçün hər il 300 minədək miqranta ehtiyac var. Lakin onun sözlərinə görə, bu miqyasda axın gözlənilmir.

Bizim.Media xəbər verir ki, müharibədən əvvəl də Ukrayna doğumla ölüm arasındakı fərq səbəbindən hər il 300 minədək insan itirirdi. Hazırda isə bu vəziyyət mühacirət və müharibə amili ilə daha da ağırlaşıb.
 

Voskoboynik qeyd edib ki, yüz minlərlə deyil, ən yaxşı halda on minlərlə xarici vətəndaşın gələcəyini gözləmək olar. Çünki miqrantlar daha çox iqtisadi baxımdan varlı ölkələri seçirlər.


Onun fikrincə, buna görə də Ukrayna iqtisadiyyatı üçün əsas ehtiyat mənbəyi ölkə vətəndaşlarının geri qayıtması və daxili əmək bazarının uyğunlaşdırılmasıdır.

Bizim.Media

Избранный
8
1
bizim.media

2Источники