RU

İslahatlar səhiyyə sisteminin daha çevik və vətəndaşyönümlü model əsasında inkişafını təmin etməyə yönəlib ŞƏRH

Bakı, 15 aprel, AZƏRTAC

Tibbi xidmətlərdən vətəndaş məmnunluğunun artırılmasına hədəflənən yeni islahat mərhələsi başlanıb. Bu baxımdan, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni icraçı direktorun təyin olunması qarşıda duran gözləntilərlə bağlı mühüm məsələləri gündəmə gətirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.

“Yeni rəhbərliyin qarşısında duran əsas prioritetlər sırasında tibb müəssisələrində şəffaflığın gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və resursların daha səmərəli idarə olunması xüsusi yer tutur. Bu istiqamətlərdə məqsədyönlü addımların atılması səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərə bilər. Bu dəyişikliklər, eyni zamanda, səhiyyə sektorunda aparılan islahatların davamlılığının təmin edilməsi baxımından da əhəmiyyətlidir. İcbari tibbi sığorta sisteminin tətbiqi və inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir və əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir”,- deyə İ.Məmmədov qeyd edib.

Deputatın sözlərinə görə, qanunvericilik bazasının təkmilləşdirilməsi və institusional dəstək mexanizmlərinin gücləndirilməsi bu sahədə əldə olunacaq nəticələrin dayanıqlığını təmin edən əsas amillərdən biridir. Bu dəyişikliklər səhiyyə sektorunda aparılan islahatların davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın tətbiqi prosesinə nəzər saldıqda görürük ki, bu, qısa müddət ərzində dövlətimizin başçısının siyasi iradəsi nəticəsində həyata keçirilib və əhaliyə göstərilən tibbi xidmətlərə diqqət və qayğının bariz nümunəsinə çevrilib.

“Bu baxımdan, həyata keçirilən islahatlar Azərbaycan səhiyyə sisteminin daha çevik və vətəndaşyönümlü model əsasında inkişafını təmin etməyə yönəlib. Eyni zamanda, səhiyyə və sosial müdafiə sahələri arasında koordinasiyanın gücləndirilməsi xidmətlərin daha effektiv təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Tibbi sığorta mexanizmlərinin təkmilləşdirilməsi və maliyyə resurslarının daha səmərəli idarə olunması göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdəndir”, - deyə deputat İ.Məmmədov əlavə edib.

Избранный
23
1
azertag.az

2Источники