RU

"Ermənistan və Azərbaycan rusların İrandan təxliyəsində əhəmiyyətli kömək göstəriblər" - Rusiya XİN

Ermənistan və Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli kömək göstəriblər.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, “Ermənistan və Azərbaycan İrandan soydaşlarımızın təxliyəsində əhəmiyyətli kömək göstəriblər. Məsələn, Bakı, Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən müraciəti əsasında rusların 2020-ci ildən bəri fərdi keçidlər üçün bağlı olan Astara sərhəd keçid məntəqəsindən istifadə etməsinə icazə verib”.

Aminə ŞAHSUVARQIZI

Избранный
43
1
redaktor.az

2Источники