RU

Ermənistana 22 vaqon dizel yanacağı göndərilib

Dünən Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunub.

Bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndərilib. Qatar “Biləcəri” stansiyasından “Böyük Kəsik” stansiyası istiqamətində yola salınıb.

İndiyədək isə Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

XQ

Избранный
14
9
xalqqazeti.az

10Источники