RU

Rusiya 320-dən artıq dronla Ukraynaya hücum edib

Rusiya silahlı qüvvələri üç İskəndər-M ballistik raketi və 324 “Şahed”, “Gerbera”, “Italmas” və digər hücum dronlarından istifadə edərək Ukraynaya yeni zərbələr endirib.

Herbiand.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, raketlər 15 aprel çərşənbə axşamı Rostov bölgəsindən, dronlar isə Kursk, Orel, Millerovo, Şatalovo, Primorsko-Axtarsk və ilhaq edilmiş Krımdan buraxılıb.

Ukrayna hava hücumundan müdafiə bölmələri ölkənin şimalında, cənubunda, şərqində və mərkəzində 309 dronu vurub.

Избранный
16
herbiand.az

1Источники