RU

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,1 faiz artıb

Bakı, 15 aprel, AZƏRTAC

Yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 717,6 milyon manat təşkil edib ki, onun da 1 milyard 616,3 milyon manatı heyvandarlıq, 101,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,1 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilib, heyvandarlıq məhsullarının istehsalı 0,9 faiz, bitkiçilik məhsullarının istehsalı 5,5 faiz artıb.

Hesabat dövründə diri çəkidə 144,1 min ton ət, 500,5 min ton süd, 567 milyon ədəd yumurta və 116,1 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə tərəvəz istehsalı 5,5 faiz, ət istehsalı 1,8 faiz artıb, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 2,8 faiz azalıb.

Təsərrüfatlarda yanvar-mart aylarında 116,1 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz çox tərəvəz məhsulları istehsal edilib. Ölkədə yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 119,2 min hektar sahədə yazlıq bitkilər əkilib.

Mart ayında əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,4 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 2,8 faiz, heyvandarlıq məhsulları üzrə 0,2 faiz, balıq və sair balıqçılıq məhsulları üzrə 2,5 faiz artıb, meşə təsərrüfatı məhsulları üzrə sabit qalıb.

Избранный
18
4
azertag.az

7Источники