RU

Üç FİFA referisinin olmadığı tur "qırmızı"sız ötüşdü - Hakimliyin mənzərəsi

Misli Premyer Liqasında 27 tur geridə qalıb. Keçirilən 161 oyunda ("Neftçi" - "Qarabağ" görüşü təxirə salınıb) 15 hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda İnqilab Məmmədov, Tural Qurbanov, Rəşad Əhmədov, Əli Əliyev, Nicat İsmayıllı və Kamranbəy Rəhimov oyun idarə edib.

Hamıdan çox iş başında olan Fərid Hacıyev bu tur təyinat almamasına baxmayaraq, liderliyini qoruyub. Məsələ burasındadır ki, FİFA referilərinin üçü 27-ci turda məcburi "istirahət" edib. Yalnız Tural Qurbanova güvənilib. Nəticədə buildən FİFA nişanı daşıyan Tural liderin bir addımlığına yüksəlib. Hacıyev 27 turdan 15-də, Umudlu ilə Qurbanov isə 14-də iş başında olub. 

Bu turda qırmızı vərəqə alan futbolçu olmayıb. "Sarı"lara gəlincə, hakimlər 25 vərəqədən istifadə ediblər. Vərəqələrdən 8-i meydan sahiblərinə, 17-si isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 295 sarı (12 qırmızı) - 324 sarı (7 qırmızı). 

Beləliklə, 27 turun yekununda sarı vərəqə sayı 619-a çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 19 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 638-ə bərabər olub. Bu da orta hesabla hər turda 23,63, hər oyunda 3,96 vərəqə deməkdir.  

İyirmi yeddi tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 71 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu 57 vərəqədən (3-ü qırmızı) yararlanan Kamal Umudlu təqib edir. 

Fərid Hacıyev - 15 oyun

meydan sahibi   33 sarı  1 qırmızı
qonaqlar            15    0
cəmi:                  48   1

Kamal Umudlu - 14 oyun

meydan sahibi    26    3
qonaqlar    28    0
cəmi:    54   3

Tural Qurbanov - 14 oyun

meydan sahibi 27    1
qonaqlar    28    0
cəmi:    55    1

Əliyar Ağayev - 13 oyun

meydan sahibi     31       5 
qonaqlar              34       1
cəmi:                   65        6

Rəşad Əhmədov - 13 oyun

meydan sahibi    20    0
qonaqlar    35    1
cəmi:   55    1

Cavid Cəlilov - 13 oyun

meydan sahibi    20    1
qonaqlar             25    1
cəmi:                  45     2

Rauf Cabarov -  13 oyun

meydan sahibi    21    0
qonaqlar    24   1
cəmi:    45    1

Elçin Məsiyev - 12 oyun

meydan sahibi    26    0
qonaqlar             24    2
cəmi:                  50    2

İnqilab Məmmədov -  12 oyun

meydan sahibi  21   0
qonaqlar    27    0
cəmi:    48    0

Kamranbəy Rəhimov - 12 oyun

meydan sahibi  16    0
qonaqlar    25    0
cəmi:   41    0

Rəvan Həmzəzadə - 11 oyun

meydan sahibi    21    0
qonaqlar    22    1
cəmi:    43    1

Əli Əliyev - 9 oyun

meydan sahibi  13    1
qonaqlar    18    0
cəmi:   31    1

Vüqar Həsənli - 4 oyun

meydan sahibi  5    0
qonaqlar    6    0
cəmi:    11    0

Nicat İsmayıllı - 3 oyun

meydan sahibi  6    0
qonaqlar    8    0
cəmi:    14    0

Elvin Bayramov - 3 oyun

meydan sahibi  9    0
qonaqlar    4    0
cəmi:    13    0

Mirağa

Избранный
7
fanat.az

1Источники