RU

Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!

Media üzərindən qısa araşdırma aparmaq kifayətdir ki,  “Azərişıq” ASC-nin fəaliyyətində kifayət qədər qaranlıq məqamların olmasının şahidi olasan.İlk öncə “Azərişıq” sədrinin nəhəng biznes imperiyası barəsində çoxsaylı məlumatlara rast gəlmək mümkündür.

 Məmur maaşının yaratdığı imkanlarla tərs mütənasib olan bu nəhəng imperiyanın maliyyə qaynaqlarının haralara dayandığını biz də çox maraq edirik. Hər halda dünyanın əksər ölkələrində dövlət qulluqçularının maliyyə hesabatları təqdim etməsi ənənəsi mövcuddur. Yəqin ki, V.Əhmədovdan belə bir deklorasiya tələb olunarsa “Azərişıq” rəhbərinin də milyonları necə əldə etməsi ortaya çıxar. Ən maraqlısı da odur ki, Prezidentin yüksək etimad göstərdiyi V. Əhmədovun kabinet idarəçiliyi “Azərişıq” ASC-də ciddi nöqsanlara yol açmaqdadır.  Görünür “Azərişıq” ASC-də prezidentin tapşırıqlarından daha önəmlisi şəxsi maraqların yer alması durur.

Ekologiya.az-a daxil olan məlumatda bildirilir ki, paytaxt və ətraf rayonlarda yeni tikilən evlərin müvafiq sənədləri olmadığı üçün qanunsuz işıq sayğaclarının qoyulması bəzi region rayonlarda aşağası 2 min, paytaxt rayonlarında  3 min, şəhərlərdə 4-5 min manat manatarası başa gəldiyi deyilir.

Məlumatda oda bilddirilir ki, “Azərişıq” ASC-nin yerlərdəki vəzifəliləri rəhbərliyin xeyir-duası ilə bu prosesi bir neçə günə həyata keçirilir. Bu prosedən ən çox istifadə edən qanunsuz tikinti aparıb, fərdi ev tikib satan maklerlər yararlanır. Onlara qiymət bir az baha başa gəlsə də başqa çarələrinin olmadığını deyirlər. 


Bildirək ki, məsələ ilə bağlı paytaxtda və rayonlarda arılan araşdırmalardan məlum olub ki, “Azərişıq”ın  yerlərdəki idarəçilərinin "sayğac biznesi" guya yuxarıdan gələn tapşırığın əsasında  Qarabağda işlərin görülməsinə toplanırBeləkiAbşeron, Nizami, Nəsimi,Suraxanı,Sumqayıt,Salyan, Şirvan, Sabirabadda daha çox yayılan bu hal onlarla vətəndaşı eləcə də ev və obyekt tikib satan maklerlərin ciddi narazılıqlarına gətirib çıxarıb. Onu da bildirək ki, sənətsiz obyeklərə qoyulan sayğacların qiyməti 10 min mantın üzərində olduğu belə iddia olunur. Adı çəkilən şəhər və rayonlardan məsələ ilə bağlı şikayətçi vətəndaşlardan video reportajlarımız olacaq.

 Ekologiya.az-a daxil olan məlumatlarda çoxsaylı faktları növbəti yazılarda işıqlandırmağa çalışacağıq.

Избранный
37
1
ekologiya.az

2Источники