RU

Xırdalanda acınacaqlı vəziyyət: Nişan yoxa çıxıb, zebra silinib VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Xırdalanda hərəkətin təşkilindəki çatışmazlıqlar piyadaların həyatı üçün təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bəzi piyada keçidlərində ya zolaqlar silinib, ya da müvafiq nişanlar ümumiyyətlə yoxdur. Bu isə piyadaların yolu təhlükəsiz şəkildə keçməsini çətinləşdirir.

Belə problemlərdən biri də Heydər Əliyev prospektində müşahidə olunur. Belə ki, yolun bir istiqamətində piyada keçidini bildirən nişan quraşdırılsa da, digər istiqamətdə bu nişan yoxdur. Eyni zamanda, asfalt üzərindəki nişanlanma xətləri də silinərək demək olar ki, görünməz hala düşüb.

Nəticədə piyadalar yolu keçərkən sürücülər onlara yol vermir. Bu vəziyyətdə sürücüləri də tam günahlandırmaq olmur, çünki onlar keçidin mövcudluğundan xəbərsizdilər. Videodan da aydın görünür ki, gecə saatlarında iki piyada yolu keçmək istəyir, lakin sürücü dayanıb yol vermir. Bunun əsas səbəbi isə keçiddə həm nişanın, həm də nişanlanma xətlərinin olmamasıdır.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
avtosfer.az

1Источники