İndoneziyada Dempo Vulkanı püskürüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi açıqlama yayıb. Açıqlamaya görə, vulkan püskürməsi Cənubi Sumatra əyalətində qeydə alınıb.
Püskürmə zamanı kül kraterdən 3500 metr və ya dəniz səviyyəsindən 6673 metr yüksəkliyə çatıb. Mərkəz yerli sakinləri və turistləri aktiv kraterdən 1 km məsafədə qalmağa və vulkanın 2 km şimalındakı vulkanik qaz zonasından kənar durmağa çağırıb.
Qeyd edək ki Dempo, Sumatranın cənub-qərb hissəsində dəniz səviyyəsindən 3173 metr yüksəklikdə yerləşən bir vulkandır. Onun yeddi krateri var və aralarında çoxsaylı göllər yerləşir. Onlardan ən böyüyünün diametri 400 metrə çatır.
Mehman