RU

Artıq gördüyümə inanaram dövrü bitib Süni intellektlə bağlı yeni qanun hazırlanır

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda süni intellektin istifadəsi və onun hüquqi tənzimlənməsi istiqamətində mühüm addımlar atılır. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə, xüsusilə süni intellekt vasitəsilə yaradılan foto, video və audio materialların cəmiyyətə təsiri yeni hüquqi yanaşmaları zəruri edir. Bu kontekstdə, Milli Məclisdə “Süni intellekt haqqında” ayrıca qanun layihəsinin hazırlanması məsələsi gündəmə gətirilib.Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, və hazırlanan qanun layihəsi Azərbaycanın qlobal texnoloji trendlərə uyğunlaşmaq cəhdidir:“Artıq "gördüyümə inanaram" dövrü bitib. İndi "gördüyümün süni intellekt olub- olmadığını yoxlamalıyam" dövrü başlayır. Əsas dəyişiklik "Rəqəmsal Şəffaflıq" sahəsində olacaq. Əgər qanun qəbul edilərsə, məsuliyyət zənciri yaranacaq. Saxta xəbəri paylaşan, yaradan və yayanlar hüquqi cavabdehlik daşıyacaq. Bundan sonra yəqin ki, platformaların hamısında Azərbaycan üzrə yayımlarda gördüyümüz fotoların və ya videoların küncündə "AI tərəfindən hazırlanıb" nişanını görməyə başlayacağıq. Nişanlanmamış Sİ materialları "İnzibati Xətalar Məcəlləsi" ilə tənzimlənəcək, bu da rəqəmsal manipulyasiya ilə məşğul olanlar üçün maliyyə yükü deməkdir. Ölkəmizdə buna ehtiyac nə qədərdir? Buna bir neçə səbəb var. Azərbaycan müharibə şəraitindən yeni çıxmış və hələ də informasiya müharibəsi aparan  ölkədir”. O qeyd edib ki, təxribatçı qrupların Sİ vasitəsilə hazırladığı saxta videolar cəmiyyətdə xaos yarada bilər:“Bundan başqa son zamanlar məşhur insanların səsini və simasını təqlid edərək vətəndaşlardan pul tələb edən Sİ reklamlarının artması bu qanunun vacib olduğunu göstərir. Hazırda kiminsə simasını Sİ ilə videoya yerləşdirib onu rüsvay etdikdə, mövcud qanunvericilikdə bu, klassik "böhtan" kimi gedir, lakin Sİ-nin yaratdığı texnoloji zərərin miqyası daha böyükdür. Bu qanun Azərbaycanın rəqəmsal ekosistemini daha təhlükəsiz edəcək. Lakin ən vacib məqam qanunun necə yazılması deyil, onun texniki olaraq necə icra ediləcəyidir. Əgər biz yalnız daxili resursları cərimələyib, xarici platformalardakı anonim təxribatçıları cilovlaya bilməsək, qanun yarımçıq qala bilər. Ona görə də bu, kompleks bir yanaşma tələb edən məsələdir”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
demokrat.az

1Источники