RU

Orta Dəhliz ilə yükdaşımalarının həcmi beş dəfə artıb

Qazaxıstan ilə Türkiyə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatıb.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, Baş nazir Oljas Bektenov bu açıqlamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə keçirilən Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında verib.

Bektenovun sözlərinə görə, 2025-ci ilin sonuna qədər iki ölkə arasında dəmir yolu ilə yükdaşımalarının həcmi 35 faiz artacaq və 6,4 milyon tona çatacaq. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca yükdaşımalarının həcmi 4 milyon tonu keçib.

Baş nazir qeyd edib ki, Orta Dəhlizin rolu əhəmiyyətli dərəcədə güclənib, yükdaşımalarının həcmi beş dəfədən çox artıb və yüklərin çatdırılma müddəti 13 günə endirilib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafı ortaq prioritetdir - infrastrukturun modernləşdirilməsi, liman və terminal tutumunun genişləndirilməsi, vahid tariflərin yaradılması və rəqəmsal həllərin tətbiqi üçün sistemli işlər görülür.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Orta Dəhliz kimi də tanınır və Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələri ilə birləşdirir.

Избранный
16
2
azerbaijan-news.az

3Источники