RU

Naxçıvanda 140 nəfərə amnistiya aktı şamil edilib

Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrası davam etdirilir.

"Cebheinfo.az" xəbər verir ki, bugünədək Naxçıvanda yerləşən qarışıq rejimli cəzaçəkmə müəssisəsində amnistiya aktı 140 nəfərə şamil edilib. Onlardan 62 nəfər azadlığa buraxılıb, 78 nəfərin isə cəza müddəti 6 ay azaldılıb.

İcra və probasiya sahəsində isə 165 nəfər Amnistiya aktından yararlanıb. Həmin şəxslərin 11 nəfərini qadınlar təşkil edir.

"Cebheinfo.az"

Избранный
16
9
cebheinfo.az

10Источники