BOKT “Falcon Finance” MMC 2025-ci ili 61 min 577 manat xalis zərər ilə başa vurub.
Belə ki, 2025-ci ildə təşkilatın cəmi gəlirləri 1 milyon 816 min 560 manat, cəmi xərcləri 1 milyon 878 min 137 manat təşkil edib. 2024-cü ildə “Falcon Finance”ın cəmi gəlirləri 1 milyon 923 min 375 manat, cəmi xərcləri 1 milyon 168. min 547 manat tışkil etmişdi. Ötən il “Falcon Finance”ın faiz yaradan aktivlərin dəyərsizləşməsi üzrə ehtiyat ayırmasının və İnzibati və digər əməliyyat xərclərinin kəskin artmsı onun zərər ilə üzləşməsinə səbəb olub.
Qeyd edək ki, BOKT “Falcon Finance” MMC-nin payçıları Tağıyev Vüsal Nizami oğlu (50%) və Salmanova Brilyant Mirhəbib qızıdır (50%).