RU

ABŞ 240 milyonluq dronunu itirdi – Yaxın Şərqdə müəmmalı insident

Yaxın Şərqdə ABŞ-a məxsus bahalı hərbi pilotsuz uçuş aparatı ilə bağlı diqqətçəkən hadisə baş verib.

Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri regionda kəşfiyyat məqsədli MQ-4C Triton tipli pilotsuz aparatın itirildiyini rəsmi şəkildə təsdiqləyib.

Məlumata görə, insident aprelin 9-da baş verib və dron qəzaya uğrayıb. Bildirilir ki, şəxsi heyət arasında xəsarət alan yoxdur, lakin əməliyyat təhlükəsizliyi səbəbindən aparatın düşdüyü yer açıqlanmır.

Qeyd olunur ki, MQ-4C Triton pilotsuz aparatının dəyəri təxminən 240 milyon dollar təşkil edir.

Əldə olunan məlumatlara görə, dron Hörmüz boğazı üzərində uçuş zamanı qəza siqnalı verib. Daha sonra uçuşunu davam etdirsə də, sistemində nasazlıqlar yaranıb və şimal istiqamətdə – Bəhreyn yaxınlığında qəfil hündürlük itirib. Bildirilir ki, aparat qısa müddətdə 16 kilometr yüksəklikdən 3 kilometrə qədər enib və transponderi də sıradan çıxıb.

Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Musavat.com

Избранный
3
9
musavat.com

10Источники