RU

Azərbaycan Badminton Federasiyası məşqçilərin beynəlxalq sertifikatlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir

Azərbaycan Badminton Federasiyası Dünya Badminton Federasiyası (BWF) və Avropa Badminton Konfederasiyası (BEC) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində, qurumun strateji planına uyğun olaraq, beynəlxalq lisenziyalı “Coaching Education Level 1” (I dərəcə) məşqçilik kurslarının təşkili və keçirilməsində mütəmadi iştirak edir.

“İki sahil” xəbər verir ki, badminton məşqçilərinin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq lisenziya sertifikatı əldə etməsi məqsədilə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi tərəfindən cari ilin 6–9 mart tarixlərində Türkiyənin Alanya şəhərində 8 məşqçi üçün “Badminton Shuttle Time Tutor” kursu keçirilib.

Hazırda isə 14–18 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Coaching Education Level 1” üzrə növbəti məşqçilik kursu təşkil olunur. Təlimdə Azərbaycan, Gürcüstan və Latviyadan olan məşqçilər iştirak edirlər. Kursun müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvidir.

Azərbaycanı bu təlimdə Nübar Orucova, Türkan Sadıqova və Vaqif İsmayılov təmsil edirlər. Kurs çərçivəsində badminton üzrə məşq materialları, treninqlər, nəzəri və praktiki məşğələlər təşkil olunur. Təlimə ümumilikdə 12 badminton məşqçisi qatılıb.
“Level 1” proqramını uğurla başa vuran iştirakçılar Dünya Badminton Federasiyası tərəfindən beynəlxalq sertifikatla təltif olunurlar. Bu sertifikat məşqçilərə dünyanın müxtəlif ölkələrində beynəlxalq standartlara uyğun badmintonçuların hazırlanması istiqamətində fəaliyyət göstərmək imkanı yaradır. Eyni zamanda, “Level 1” dərəcəsi milli komandalarda məşqçi kimi çalışmaq üçün də əsas kvalifikasiyalardan biri hesab olunur.

Azərbaycan Badminton Federasiyası bundan sonra da məşqçi təhsilinin inkişafı, beynəlxalq təcrübənin tətbiqi və yerli mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Избранный
19
5
ikisahil.az

6Источники