RU

İsrail və Livan Vaşinqtonda birbaşa danışıqlara başlamaq qərarına gəliblər

İsrail və Livan Vaşinqtonda birbaşa danışıqlara başlamaq qərarına gəliblər

ABŞ Dövlət Departamenti Vaşinqtonda keçirilən İsrail və Livan nümayəndələrinin görüşündən sonra bütün tərəflərin qarşılıqlı razılaşdırılmış vaxt və mekanda birbaşa danışıqlara başlamağa razılıq verdiyini bəyan edib.

AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqott ABŞ-ın vasitəçiliyi ilə keçirilən və 1993-cü ildən bəri ən yüksək səviyyəli birbaşa təmas kimi qeydə alınan görüşlə bağlı açıqlama yayıb.

Açıqlamada görüşün çox səmərəli keçdiyi, ABŞ-ın hər iki ölkəni təbrik etdiyi və bu görüşün gələcək müzakirələr üçün güclü zəmin yaratdığı qeyd olunub. Livan tərəfi İsrailin davam edən hücumlarına toxunaraq, 2024-cü ilin noyabrında əldə olunmuş hərbi əməliyyatların dayandırılması barədə elanın tam icrasının təxirəsalınmaz ehtiyac olduğunu vurğulayıb, ərazi bütövlüyü və dövlət suverenliyi prinsiplərini bir daha təsdiqləyib.

ABŞ və İsrailin Hizbullahla bağlı gözləntilərinin də aydın şəkildə ortaya qoyulduğu mətndə ABŞ-ın bu danışıqların 2024-cü il razılaşmasının hüdudlarını aşaraq hərtərəfli sülh müqaviləsinə çevriləcəyinə ümid etdiyi bildirilib. Vaşinqton eyni zamanda Hizbullahın hücumlarına qarşı İsrailin özünü müdafiə hüququnu dəstəklədiyini ifadə edib.

Görüşdə Livanın yenidən qurulması üçün göstərilə biləcək yardımlar müzakirə olunub, İsrail tərəfi isə Livandakı bütün qeyri-dövlət terror qruplaşmalarının tərksilah edilməsi və terror infrastrukturunun ləğvinə dəstəyini bildirərək, təhlükəsizliyin təmini üçün Livan hökuməti ilə əməkdaşlıq etmək əzmində olduğunu vurğulayıb.

Dövlət Departamentində keçirilən bu mühüm görüşdə ABŞ-ın xarici işlər naziri Marko Rubio, ölkənin BMT-deki daimi nümayəndəsi Mayk Valts və hər iki ölkənin səfirləri iştirak ediblər. Nazir Rubio görüşdən əvvəl verdiyi açıqlamada problemlərin dərhal həll olunmayacağını, lakin bu görüşün tarixi bir fürsət olduğunu qeyd edib.

Избранный
52
afn.az

1Источники