RU

ATV kanalı çətin durumda: İxtisarlar və maaş problemi BAŞLADI

Verilişləri bağlanan televiziya kanalları ciddi maliyyə problemi ilə üzləşiblər.

NOCOMMEN.az xəbər verir ki, bu səbəbdən bəzi kanallarda ixtisarlar başlayıb.

Mənbənin verdiyi məlumata görə,daha çox maliyyə itkisi ilə “ATV” və “ARB” kanalları üzləşib.

Buna səbəb isə sözügedən kanallara yüksək məbləğdə gəlirlər gətirən məşhur verilişlərin bağlanması olub.

Misal üçün ATV kanalında yayımlanan “Bizimləsən” verilişi televiziya üçün əsas gəlir mənbəyi idi.Sözügedən verilişin xeyli sayda sponsoru mövcud idi.

Bundan əlavə bağlanan digər veriliş “Rəngarəng” də əsas gəlir gətirən proqramlardan idi.Bu verilişdə müğənnilərin ödənişli əsaslarla efirə çıxarılması hallarına da rast gəlinirdi.

Sözügedən verilişlərin bağlanması ATV-ni çətin duruma salıb.Kanal rəhbərliyi maaşların verilməsində çətin duruma düşüb.İşçilərə əməkhaqqlarının gecikəcəyi barədə xəbərdarlıq edilib.

Bundan əlavə ATV-nin əsas gəlir mənbəyindən biri olan sosial şəbəkələr şöbəsi də ciddi maliyyə itkiləri ilə üzləşib.Belə ki,efirlər bağlandığı üçün kanalın “Youtube” kanalları qazancsız qalıb.Bu isə ayda xeyli miqdarda gəlirin itirilməsi deməkdir.Bu səbəbdən də telekanal işçilər arasında ixtisarlara başlayıb.

Qeyd olunan proseslərdən sonra kanal reytinqlərdə də xeyli geriləyib.ATV “ən baxımlı kanal” stsusunu itirmək üzrədir.

ARB kanalında da oxşar mənzərə yaşanır. Sözügedən kanalın ən baxımlı verilişlərindən olan “Elgizlə İzlə”,”Səni axtarıram” və “Həmin Zaur” bağlandığı üçün şirkət xeyli pul itkisi ilə üzləşib.

Azərbaycanda məktəb illəri qısaldıla bilərmi?– 10 illik sistemə qayıdış nə dərəcədə realdır?
Nəzərə alsaq ki,sözügedən qərarın sentyabr ayına qədər qüvvədə qalması ehtimal olunur.Qarşıdakı aylarda kanalların vəziyyətinin daha da pisləşəcəyi qaçılmaz olacaq.

Qeyd edək ki,son aylar efir məkanları ilə bağlı ciddi tədbirlər görülüb.Bir sıra verilişlərin yayımı dayandırılıb,bayağı ifaçılar efirlərdən uzaqlaşdırılıb.Sözügedən tədbirlər cəmiyyətdə müsbət qarşılanıb.

İndi isə televiziya rəhbərlərinin dəyişdirilməsi gündəmdədir.

Mövzunu davam etdirəcəyik.//oxu24.az

 

Избранный
17
3
nocomment.az

4Источники