RU

Neymarın məsələsinə Braziliya prezidenti qarışdı

Braziliya prezidenti Luis İnasiu Lula da Silva ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Karlo Ançelotti ilə görüş keçirib.

Msport.az xəbər verir ki, tərəflər 2026-cı il dünya çempionatı öncəsi ulduz hücumçu Neymarın milliyə mümkün dəvətini müzakirə ediblər.

“Ünsiyyət zamanı Ançelotti məndən soruşdu ki, Neymarı Braziliya yığmasına çağırmalıdırmı. Mən isə cavab verdim: “Əgər hazırda komanda üçün oynamağa tam hazırdırsa, onu dəvət etmək olar”, – deyə prezident bildirib.

Qeyd edək ki, Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin “Santos”un ulduz hücumçusu Neymarı 2026-cı il dünya çempionatına aparmaq planı yoxdur.

Избранный
1
3
msport.az

4Источники