RU

Fransa millisində ciddi itki: “Liverpul”un hücumçusu dünya çempionatını buraxacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Dünya çempionatında iştirak edəcək Fransa millisi ciddi itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, "Liverpul"da çıxış edən fransalı hücumçu Uqo Ekitike ciddi zədə alıb. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununda (0:2) 23 yaşlı futbolçunun axill vətəri qopub. Bununla da o, dünya çempionatına yollanmaq şansını itirib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 48 komandanın iştirakı ilə keçiriləcək. Fransa millisi mundialın qrup mərhələsində Seneqal, İraq və Norveçlə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
2
azertag.az

3Источники