RU

ATU nun yeni mətbuat katibi o oldu

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ATU məlumat yayıb.

Bildirilib ki, universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə bu vəzifəyə Həqiqət İsabalayeva təyin edilib.

Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” Gündəlik ictimai-siyasi qəzetində calışıb.

Daha sonra bir sıra dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib.

Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
1
bakivaxti.az

9Источники