"Barselona"nın gənc ulduzu Lamin Yamal "Qalatasaray"ın futbolçusunu Kataloniya təmsilçisinə transfer etdirmək istəyir. 

Offsideplus.az xəbər verir ki, ispan hücumçu "Cim-Bom"un futbolçusu Viktor Osimhen ilə komanda yoldaşı olmaq arzusundadır. O bu barədə fikrini klub rəhbərliyinə bildirib.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Qeyd olunur ki, "Barselona" Osimhen transferi üçün 5 futbolçunu klubdan göndərməyə hazırdır.