RU

Güclü dolu yağışı:Sığorta şirkətləri maşına dəyən zərəri ödəyirmi?

Bildiyimiz kimi, ötən gecə ölkənin bəzi ərazilərində dolu yağması müşahidə olunub. Dolu yağışı nəticəsində açıq havada qalan avtomobillərə ziyan dəyib.

Maraqlıdır, bəs dolu yağışı nəticəsində ziyan görmüş maşınlara sığorta şirkətləri ödəniş edirmi?

Sualımızı cavablandıran sığorta eksperti Nicat Əlibəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, bu kimi hallarda sığorta şirkətinin ödəniş edib-etməməsi sığorta növündən asılıdır:

"Əgər avtomobil yalnız icbari sığorta ilə sığortalanıbsa, bu sığorta təbii fəlakətlər (məsələn, dolu, sel və s.) nəticəsində dəymiş ziyanı qarşılamır. Lakin avtomobil könüllü sığorta (KASKO) ilə sığortalanıbsa və müqavilədə təbii hadisələr də risklərə daxil edilibsə, bu zaman dolunun vurduğu ziyan sığorta şirkəti tərəfindən ödənilə bilər. Yəni əsas məsələ sığorta müqaviləsinin şərtlərindən asılıdır. Tövsiyə olunur ki, hər kəs öz sığorta müqaviləsini diqqətlə yoxlasın və risklərin əhatə dairəsini öyrənsin".

Aytəkin TOFİQQIZI

Избранный
10
1
redaktor.az

2Источники