RU

"Bank of Baku" 8 mln. manatdan çox xalis mənfəət əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" 2026-cı ilin birinci yarısında 8 milyon 289 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti illik müqayisədə 1 milyon 146 min manat və ya 16% artıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 1 milyard 225 milyon 131 min manat olub ki, bu da 2025-ci ilin sonu ilə müqayisədə 72 milyon 655 min manat və ya 6,3% çoxdur. 

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 964 milyon 142 min manat, depozit portfelinin həcmi isə 813 milyon 245 min manat olub. Bunlar 2025-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 53 milyon 446 min manat (5,9%) və 72 milyon 989 min manat (9,9%) çoxdur.  

Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 9 milyon 978 min manat (24,5%) artaraq 50 milyon 707 min manata, faiz xərclərinin həcmi isə 7 milyon 206 min manat (47,7%) artaraq 22 milyon 306 min manata yüksəlib. 

31 mart 2026-ci il tarixinə bankın məcmu kapitalı 176 milyon 384 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
36
banco.az

1Источники