RU

Moldova MDB-dən rəsmən 2027-ci ilin aprelində çıxacaq

Moldova MDB-dən rəsmən 2027-ci ilin aprelində çıxacaq

Moldova 2027-ci ilin aprelində rəsmi olaraq Müstəqil Dövlətlər Birliyini (MDB) tərk edəcək.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixay Popşoy məlumat verib.

"Prezident Maya Sandu tərəfindən parlamentin MDB sazişlərinin denonsasiyası haqqında qərarları təsdiqləndikdən sonra, aprelin 8-də Minskdəki katibliyə rəsmi bildiriş göndərilib. Biz artıq təsdiq məktubunu almışıq; 2027-ci ilin aprelində respublika rəsmən MDB-ni tərk etməlidir", — deyə nazir bildirib.

Qeyd edək ki, Moldova son illərdə MDB çərçivəsində onlarla sazişi ləğv edib və Avropaya inteqrasiya kursunu rəsmi dövlət siyasəti kimi elan edib.

Избранный
29
5
afn.az

6Источники